...

Qəddafinin yerini mavritaniyalı muzdlu döyüşçü deyib

Dünya xəbərləri Materials 23 Oktyabr 2011 12:21 (UTC +04:00)
Qəddafinin yerini mavritaniyalı muzdlu döyüşçü deyib. Trend-in məlumatına görə, bu barədə Assosiated Press-in müxbirinə Liviya Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril deyib.
Qəddafinin yerini mavritaniyalı muzdlu döyüşçü deyib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Qəddafinin yerini mavritaniyalı muzdlu döyüşçü deyib. Trend-in məlumatına görə, bu barədə Assosiated Press-in müxbirinə Liviya Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril deyib.

Cibril qeyd edib ki, Liviya Milli Keçid Şurasının döyüşçülərinin ələ keçirdikləri Qəddafinin Mavritaniyadan olan muzdlu döyüşçüsü onun yerini göstərib.

"Azadlıq döyüçüləri Qəddafini gizləndiyi kanalizasiya borusundan çıxararaq səhra hospitalına aparırdılar. Yolda Azadlıq döyüşçülərinə atışma olub və Qəddafiyə güllə dəyib." - o qeyd edib.

Jurnalistin Qəddafinin dəfni ilə bağlı sualını cavablandırarkən Milli Keçid Şurasının rəsmisi deyib ki, bütün detallar yaxın günlərdə məlum olacaq. Onun sözlərinə görə, Qəddafinin dəfni İslam adət-ənənəsinə uyğun aparılacaq.

Xəbər lenti

Xəbər lenti