...

Türkiyənin cənub-qərbində partlayış baş verib, ölən və yaralananlar var - DİN

Dünya xəbərləri Materials 29 Oktyabr 2011 16:25 (UTC +04:00)
Türkiyənin cənub-qərbində partlayış baş verib, ölən və yaralananlar var - DİN
Türkiyənin cənub-qərbində partlayış baş verib, ölən və yaralananlar var - DİN

Şənbə günü Türkiyənin cənub-şərqindəki Bingəl şəhərində intiharçı-terrorçu olduğu güman olunan şəxs partlayış törədib. Partlayış nəticəsində azı bir nəfər həlak olub. Trend-in məlumatına görə, RİA Novosti bu barədə yerli KİV-in DİN-dəki mənbəyə istinadən xəbər verdiyini bildirir.

Məlumata görə, on nəfərdən artıq adam yaralanıb.

KİV-in məlumatına görə, partıayış şəhərin mərkəzində yerli vaxtla saat 13.00-a yaxın baş verib. NTV telekanalının məlumatına görə, partlayışın şahidləri onun intiharçının törətdiyini bəyan edirlər.

Teleşirkət xəbər verir ki, Türkiyə DİN-in rəhbəri Naim Şahin Bingəldə partlayışın baş verməsi barədə məlumatı təsdiqləyib.

Hadisənin baş verdiyi rayon polis tərəfindən mühasirəyə alınıb, təcili yardım maşınları oraya yollanıb. Türkiyə televiziyasının məlumatına görə, partlayış nəticəsində evlərə və küçədəki avtomobillərə zərər dəyib.

Hələlik Türkiyədə fəaliyyət göstərən qruplaşmalardan heç biri Bingəldəki partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Yerli KİV-in məlumatına görə, hakimiyyət terrorçu PKK təşkilatının terror aktında əli olduğundan şübhələnir.

Xəbər lenti

Xəbər lenti