...

Türkiyə Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir

Dünya xəbərləri Materials 30 Noyabr 2011 13:41 (UTC +04:00)
Türkiyə Suriyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü bəyan edib.
Türkiyə Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Türkiyə Suriyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü bəyan edib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin NTV telekanalı yayıb.

Sanksiyalar Suriya ilə strateji əməkdaşlığın dondurulmasını, cinayət törətmiş Suriya administrasiyasının nümayəndələrinin və biznesmenlərin ölkəyə gəlişinə qadağa qoyulmasını, Suriya Mərkəzi Bankı ilə əməkdaşlığın dayandırılmasını, Bəşşar Əsədin və hökumətin maliyyə aktivlərinin dondurulmasını, üçüncü ölkədən Suriyaya silah satışına qadağa qoyulmasını nəzərdə tutur.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti