...

Rusiyanın Tehrandakı səfiri Britaniya səfirliyinə baş çəkməsi ilə bağlı xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 2 Dekabr 2011 13:03 (UTC +04:00)
Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan ötən gün Böyük Britaniya səfirliyinə baş çəkməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Rusiyanın Tehrandakı səfiri Britaniya səfirliyinə baş çəkməsi ilə bağlı xəbərləri təkzib edib

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir T.Cəfərov/

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan ötən gün Böyük Britaniya səfirliyinə baş çəkməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı FARS informasiya agentliyi xəbər verir.

"Mən Böyük Britaniya səfirliyinə gedən diplomatlar arasında olmamışam", - Caqaryan əlavə edib.

Ötən gün İran polisi ölkədə akkreditə olunmuş 11 ölkənin səfirinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə maneçilik törədib. FARS agentliyinin verdiyi məlumata əsasən, Rusiya, İsveçrə, Polşa, Macarıstan, Yeni Zelandiya, Kipr, Finlandiya, Çexiya və digər ölkələrin səfirləri Böyük Britaniyanın səfirliyinə getməyə cəhd göstəriblər.

Məlumata görə, iranlı polislər diplomatlardan İran hökumətindən rəsmi razılıq almağı xahiş edərək onlara səfirliyə daxil olmağa icazə verməyiblər.

İranlı tələbələr çərşənbə axşamı Böyük Britaniyanın İrandakı səfirliyinin əsas binasına daxil olublar. Onlar Böyük Britaniya kraliçası II Yelizavetanın portretini cırıb və Britaniya bayrağını yandırıblar.

BMT Təhlükəsizlik Şurası səfirliyə hücumu pisləyib və İran hakimiyyətini diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti