Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbirlər T.Cəfərov, E. Tariverdiyeva/
Bazar ertəsi İranda "Basir" "ağıllı" döyüş sursatlarının təqdimatı keçirilib. Bu barədə bazar ertəsi Trend IRINN telekanalına istinadən məlumat verir.
Təqdimatda ölkənin müdafiə naziri Əhməd Vahidi iştirak edib.
Bu, İranda lazer tuşlaması olan silahın ilk istehsalıdır. Həmin silah hərəkət edən tanklara və körpülərin, binaların və qurğuların məhv edilməsi üçün digər hərbi texnikalara qarşı uğurla tətbiq edilir.
Lazer sisteminin özü hədəfi tapır və hücum obyektinə tuşlamanı həyata keçirir.
Get the Flash Player to see this player.