...

Türkiyə DİN PKK liderlərinin yaxalanmasına görə mükafat təyin edib

Dünya xəbərləri Materials 9 Mart 2012 11:12 (UTC +04:00)
Türkiyənin Daxili İşlər Nazirliyi terrorçu Kürd Fəhlə Partiyasının (PKK) liderlərinin ələ keçirilməsi işində köməyə görə mükafat təyin edib. Trend-in məlumatına görə, bu barədə "Star" qəzeti yazır.
Türkiyə DİN PKK liderlərinin yaxalanmasına görə mükafat təyin edib

Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Daxili İşlər Nazirliyi terrorçu Kürd Fəhlə Partiyasının (PKK) liderlərinin ələ keçirilməsi işində köməyə görə mükafat təyin edib. Trend-in məlumatına görə, bu barədə "Star" qəzeti yazır.

PKK liderlərinin həbsinə kömək edə biləcək informasiyaya görə 100 mindən 4 milyon lirəyədək almaq mümkün olacaq. 40 addan ibarət xüsusi təhlükəli PKK liderlərinin siyahısına Murat Qarayılan, Cəmil Bayık, Səbri Ok və Fehman Hüseyn başçılıq edir. Müvafiq olaraq onlardan hər birinin başına 4 milyon lirə mükafat qoyulub.

Xəbər lenti

Xəbər lenti