...

İranın xarici valyuta fondu boşdur - prezident

Dünya xəbərləri Materials 14 Mart 2012 13:25 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, ölkənin xarici valyuta fondunda istifadə ediləsi pul vəsaiti yoxdur. Bu barədə çərşənbə axşamı Trend IRNA agentliyinə istinadən məlumat verir.
İranın xarici valyuta fondu boşdur - prezident

Azərbaycan, Bakı, 14 mart /Trend müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, ölkənin xarici valyuta fondunda istifadə ediləsi pul vəsaiti yoxdur. Bu barədə çərşənbə axşamı Trend IRNA agentliyinə istinadən məlumat verir.

İran Prezidenti bu bəyanatı bu gün parlamentdə çıxış edərkən və "Niyə Tehranda metro inkişaf etmir?" sualını cavablandırarkən verib.

Əhmədinejadın sözlərinə görə, qanuna uyğun olaraq, hökumət Beynəlxalq Valyuta Fondundan pul almalıdır.

"İranın Mərkəzi Bankı məlumat verib ki, xarici valyuta fondunda istifadə ediləsi pul vəsaiti yoxdur", - dövlət başçısı qeyd edib.

Əhmədinejad deyib ki, İran hökuməti qanuna müvafiq olaraq, belə xərclərə ancaq fonddan vəsait ayıra bilər.

İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhmani bir müddət əvvəl bildirib ki, Mərkəzi Bankın ehtiyatı 9 milyard dollar artıb.

Əhmədinejad parlament üzvlərinin on sualına cavab verməlidir. Suallar Tehranda metronun inkişafı, iqtisadi artım templəri, büdcə məsələlərinə aiddir.

Xəbər lenti

Xəbər lenti