...

Tariq əl-Haşimi İraqa qayıdacaq

Dünya xəbərləri Materials 6 Aprel 2012 13:03 (UTC +04:00)
İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi yaxın günlərdə İraqa qayıdacağı barədə açıqlama verib.
Tariq əl-Haşimi İraqa qayıdacaq

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir A.Tağıyeva/

İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi yaxın günlərdə İraqa qayıdacağı barədə açıqlama verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" televiziyası məlumat verib.

"Ölkə hüdudlarından kənarda qalmağım düşmənlər üçün sevindirici haldır. Buna görə də, yaxın günlərdə İraqa qayıdacağam", - əl-Haşimi bildirib.

Keçən ilin dekabr ayında İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşiminin həbsinə order verilib. Haşimi "terror fəaliyyətində" əli olmaqda şübhəli bilinir.

Haşimi uzun müddət İraqın şimalındakı kürd administrasiyasında sığınacaq tapsa da, bir həftə əvvəl Səudiyyə Ərəbistanına gedib.

Xəbər lenti

Xəbər lenti