...

Dəməşq son şansdan istifadə etmədi – Türkiyə XİN

Dünya xəbərləri Materials 20 Aprel 2012 11:57 (UTC +04:00)
BMT-nin və ƏDL-in xüsusi elçisi Kofi Annanın Suriya böhranının dinc nizamlanması planı prezident Bəşşar Əsəd üçün son şans idi. Lakin təəssüf ki, o bundan istifadə edə bilmədi.
Dəməşq son şansdan istifadə etmədi – Türkiyə XİN

Azərbaycan, Bakı, 20 aprel / Trend, müxbir A.Tağıyeva /

BMT-nin və ƏDL-in xüsusi elçisi Kofi Annanın Suriya böhranının dinc nizamlanması planı prezident Bəşşar Əsəd üçün son şans idi. Lakin təəssüf ki, o bundan istifadə edə bilmədi. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yayıb.

"Əsəd rejimi Annanın təqdim etdiyi son şansdan istifadə edə bilmədi", - Davudoğlu deyib.

O, həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da Suriyadakı vəziyyətin inkişafını müşahidə edəcək və onun həllinə yardım göstərəcək.

Hazırda "Annan planı" çərçivəsində Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya ordusu" və hökumət qoşunları arasında atəşkəs hökm sürür. Lakin müxalifət Suriya SQ-nin üsyançılara qarşı güc tətbiq edərək tez-tez atəşkəsi pozduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti