...

İraq Türkiyəyə etirazını bildirib

Dünya xəbərləri Materials 24 Aprel 2012 14:15 (UTC +04:00)
Türkiyənin İraqdakı səfiri Yunus Demirer bir gün əvvəl İraqın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İraq Türkiyəyə etirazını bildirib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İraqdakı səfiri Yunus Demirer bir gün əvvəl İraqın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "CNN Turk" telekanalı İraq XİN-in rəsmi saytına istinadən xəbər verib.

İraqın xarici işlər nazirinin müavini Lebid Abbavi Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın İraqdakı vəziyyətlə bağlı ifadələri ilə əlaqədar səfirə İraq tərəfinin hiddətləndiyini bildirib.

"Bu ifadələr İraqın daxili işlərinə müdaxilədir. Biz ümid edirik ki, belə bəyanatlar bir daha səsləndirilməyəcək", - Abbavi deyib.

O, həmçinin qeyd edib ki, belə ifadələr iki ölkənin dostluq münasibətlərinə xələl gətirə bilər.

Xatırladaq ki, bir müddət əvvəl İraqın Baş naziri əl-Maliki bəyan etmişdi ki, Türkiyə regionda "dominantlıq ermək" və "qonşularının işlərinə müdaxilə etmək" cəhdləri səbəbindən bölgənin bütün dövlətləri üçün düşmənə çevrilir.

Ərdoğan buna cavab olaraq bildirmişdi ki, İraq öncə öz daxili işlərini həll etməlidir, sonra isə qonşu ölkələri düşmənçilikdə təqsirləndirə bilər.

Xəbər lenti

Xəbər lenti