...

Bəhreyn İrana etirazını bildirib

Dünya xəbərləri Materials 16 May 2012 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Tağıyeva/

İranın Bəhreyndə müvəqqəti işlər vəkili bir gün əvvəl Bəhreynin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu barədə çərşənbə günü Trend "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Notada İranın rəsmi şəxslərinin Səudiyyə Ərəbistanı və Bəhreyn arasında ittifaqın yaradılması məsələsi üzrə ifadələri ilə əlaqədar etiraz bildirilib. "Bu ifadələr Bəhreynin daxili işlərinə birbaşa müdaxilədir və Bəhreyn ikitərəfli münasibətlərə zərər vuran belə fəaliyyətlərin dərhal dayandırılmasını tələb edir" , - notada deyilir.

Dünən Bəhreyn və Səudiyyə Ərəbistanın ittifaq yaratmaq qərarına cavab olaraq, İran parlamentinin spikeri Əli Laricani deyib ki, bu qərar regionda yeni böhran yaradan təxribat aktıdır.

Xəbər lenti

Xəbər lenti