...

Türkiyədə kütləvi zəhərlənmə baş verib

Dünya xəbərləri Materials 25 May 2012 13:14 (UTC +04:00)
Dünən Türkiyənin Ərzurum şəhərindəki xəstəxanalardan birində kütləvi qida zəhərlənməsi baş verib.
Türkiyədə kütləvi zəhərlənmə baş verib

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Tağıyeva/

Dünən Türkiyənin Ərzurum şəhərindəki xəstəxanalardan birində kütləvi qida zəhərlənməsi baş verib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, aralarında pasiyentlərin və xəstəxananın xidmət personalının olduğu 87 nəfər nahardan sonra zəhərlənib. Zərərçəkənlərə zəruri yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Xəbər lenti

Xəbər lenti