...

Şimali Kipr Türk Cümhuriyyəti adını dəyişib

Dünya xəbərləri Materials 29 May 2012 10:04 (UTC +04:00)
Şimali Kipr Türk Respublikasının Nazirlər Kabineti ölkənin adını dəyişərək onun Kipr Türk Respublikası adlandırılması barədə qərar qəbul edib.
Şimali Kipr Türk Cümhuriyyəti adını dəyişib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Tağıyeva/

Şimali Kipr Türk Respublikasının Nazirlər Kabineti ölkənin adını dəyişərək onun Kipr Türk Respublikası adlandırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verir.

Nazirlər Kabineti müvafiq qərarı mayın 23-də qəbul edib. Respublikanın adının dəyişdirilməsi ilə yanaşı, ölkə vətəndaşlarına aid başqa qərarlar da qəbul edilib. Belə ki, hökumətin qərarı ilə ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələrindəki "milli mənsubiyyəti" qrafasında bundan sonra "Kipr türkü" yazılacaq.

Qəzetin məlumatına görə, bu qərar iyulun 1-dən Kipr Respublikasının (yunan) Avropa İttifaqında sədrliyə başlamasına cavab olaraq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti