...

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Kişinyovda terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Dünya xəbərləri Materials 30 May 2012 14:59 (UTC +04:00)
Mayın 30-dan iyunun 1-dək MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının XXXII iclası keçiriləcək.
MDB xüsusi xidmət orqanlarının rəhbərləri Kişinyovda terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 30-dan iyunun 1-dək MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının XXXII iclası keçiriləcək. İclasda terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın aktivləşdirilməsi məsələləri müzakirə olunacaq.

Trend-in məlumatına görə, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətindən RBK-ya verilən məlumata görə, iclasa müşahidəçi qismində Almaniya, İtaliya və Fransanın xüsusi xidmət orqanlarının nümayəndələri dəvət olunublar.

İclasın gedişində MDB iştirakçısı olan dövlətlərin terrorizm və ekstremizmin başqa zorakılıq təzahürləri ilə mübarizədə əməkdaşlıq proqramının reallaşdırılması və 2011-2013-cü illərdə cinayətkarlıqla mübarizədə dövlətlərarası birgə tədbirlər proqramı haqqında məlumat dinləniləcək.

Eləcə də beynəlxalq terrorizmlə, millətlərarası mütəşəkkil cinayətkarlıqla, kiberterrorizmlə, həmçinin qitədə və Birlik ölkələrində ümumi sabitliyin, regional və ümumi iqlimin təhlükəsizliyini hədələyən başqa neqativ təzahürlərlə mübarizə sahəsində MDB-nin xüsusi xidmət orqanlarının əməkdaşlığının sonrakı inkişafı məsələlərinə baxmaq lazım gələcək.

İştirakçılar maliyyələrinin, dövlət və şəxsi müəssisələrin başqa aktivlərinin ələ keçirilməsində ixtisaslaşmış transsərhəd mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətinə qarşı müqavimət üzrə tədbirlər haqqında məlumat mübadiləsi aparacaqlar. Həmçinin terror və ekstremist fəaliyyətə cəlb olunmuş şəxslərin axtarışı və müəyyən edilməsi üzrə uyğunlaşdırılmış tədbirlərin keçirilməsi zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilmiş ölçülərin hazırlanacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti