...

Ermənistan Müdafiə Nazirliyinin podpolkovniki restoran kompleksini partlatmağa cəhd göstərib

Dünya xəbərləri Materials 2 İyul 2012 10:28 (UTC +04:00)
Dünən, iyulun 1-də gecə saat 02:15 radələrində Yerevanın Nor Nork rayonunun polis şöbəsinə "Arsanakar" restoran kompleksinin direktoru zəng vuraraq bir nəfərin çemodanla kompleksə daxil olub oranı partladacağı ilə hədələdiyi barədə məlumat verib.
Ermənistan Müdafiə Nazirliyinin podpolkovniki restoran kompleksini partlatmağa cəhd göstərib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Dünən, iyulun 1-də gecə saat 02:15 radələrində Yerevanın Nor Nork rayonunun polis şöbəsinə "Arsanakar" restoran kompleksinin direktoru zəng vuraraq bir nəfərin çemodanla kompleksə daxil olub oranı partladacağı ilə hədələdiyi barədə məlumat verib.

Hadisə yerinə gələn operativ-istintaq qrupu 3 saata yaxın həmin şəxslə danışıqlar aparıb. Nəticədə polis həmin vətəndaşı zərərsizləşdirərək onu Polis şöbəsinə gətirməyə nail olub. Həmin vətəndaşın çemodanında trotil, qumbaralar, patronlar, partlayıcılar və s. aşkar edilib. Bunların hamısı polis tərəfindən müsadirə olunub.

Trend-in məlumatına görə, Tert.am yazır ki, "Arsanakar" restoran kompleksini partlatmaq istəyən şəxs ölkənin Silahlı Qüvvələrinin podpolkovniki 39 yaşlı Vardan Samvelyandır. Onun atası respublika polisinin polkovniki Samvel Samvelyan, qardaşı isə Ermənistanın Cinayət Axtarışı Polisinin əməliyyat müvəkkili Arman Samvelyandır. Vardan Samvelyan hərbi formada binaya daxil olub və 3 saat ərzində polis əməkdaşları ilə danışıqlar apararaq kompleksi partladacağı ilə hədələyib.

Xatırladaq ki, 30 iyunda kompleksdə şamların yandırılması mərasimi keçirilib. Mərasimdə bir neçə yüz vətəndaş iştirak edirib. Daha sonra bu mərasim etiraz aksiyasına çevrilib. Çnki onunla paralel restoran kompleksində toy mərasimi keçirilirdi.

İyunun 17-də ERP-nin parlament fraksiyasının deputatı, Ermənistanın Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyana məxsus "Arsanakar" restoranında mühafizə xidmətinin əməkdaşları MN-in mayoru, Yerevan hərbi hospitalının LOR şöbəsinin rəhbəri Vaqe Avetyanı, həkim Artak Bayadyanı və baş leytenant Qarik Solomonyanı amansızcasına döyüblər.

İyunun 29-da saat 19:00-a yaxın həkim Avetyan vəfat edib.

Xəbər lenti

Xəbər lenti