Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir T.Cəfərov/
İranın Gülüstan əyalətində baş vermiş sel və daşqınlar nəticəsində Rudsər şəhərində 3 nəfər həlak olub. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat verir.
Məlumata əsasən, son günlər yağan güclü leysan nəticəsində yaranan daşqınlar Rudsər şəhərində 20-dən çox evin və 5 körpünün dağılmasına səbəb olub. Sel nəticəsində 20 kəndin mərkəzlə əlaqəsi kəsilib. Sel nəticəsində su və kanalizasiya boruları sıradan çıxıb, 7 kəndin elektirik enerjisi kəsilib. Xeyli sayda əkin sahəsinə külli miqdarda ziyan dəyib.