...

Suriyanın Kiprdəki səfiri müxalifətin tərəfinə keçib - KİV

Dünya xəbərləri Materials 25 İyul 2012 11:06 (UTC +04:00)
Suriyanın Kipr Respublikasındakı səfiri Lamiyə əl-Həriri müxalifətin tərəfinə keçib. Trend-in məlumatına görə, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat verib.
Suriyanın Kiprdəki səfiri müxalifətin tərəfinə keçib - KİV

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriyanın Kipr Respublikasındakı səfiri Lamiyə əl-Həriri müxalifətin tərəfinə keçib. Trend-in məlumatına görə, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, müxalifətin tərəfinə keçdikdən sonra əl-Həriri Qətərə yola düşüb və indiyədək oradadır. Hələlik əl-Həririnin özü bu məsələ ilə bağlı rəsmi bəyanatla çıxış etməyib.

Bir müddət əvvəl Suriyanın İraqdakı səfiri Nuvaf əl-Faris də müxalifətin tərəfinə keçdiyini bəyan etmişdi.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti