...

Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Dünya xəbərləri Materials 27 İyul 2012 13:06 (UTC +04:00)
Bir sıra KİV-də Kürdüstan Fəhlə Partiyasının üzvlərinin Suriyanın şimal ərazilərinə nəzarət etməsi barədə məlumatın yayılmasından sonra Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Azərbaycan, Bakı, 27 iyul / Trend, müxbir A.Tağıyeva /

Bir sıra KİV-də Kürdüstan Fəhlə Partiyasının üzvlərinin Suriyanın şimal ərazilərinə nəzarət etməsi barədə məlumatın yayılmasından sonra Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Vətən" qəzeti cümə günü xəbər verib.

Məlumata görə, Suriya ilə sərhəddə hərbi qulluqçuların sayı artırılıb və əlavə hərbi texnika yerləşdirilib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti