...

İranın Şiraz şəhərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 Avqust 2012 14:38 (UTC +04:00)
İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İranın Şiraz şəhərində zəlzələ baş verib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 01:04-da baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Lakin zəlzələ əhali arasında güclü təşvişə səbəb olub və insanlar evlərini tərk ediblər.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti