...

NAM sammitinin iştirakçıları İranın nüvə obyektlərinə baxış keçirəcək

Dünya xəbərləri Materials 25 Avqust 2012 13:22 (UTC +04:00)
Tehranda keçiriləcək Qoşulmama Hərəkatına (Non-Aligned Movement (NAM)) üzv ölkələrin rəhbərlərinin iclasında iştirak edən qonaqlar İranın nüvə obyektlərinə baxış keçirəcək.
NAM sammitinin iştirakçıları İranın nüvə obyektlərinə baxış keçirəcək

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Cəfərov/

Tehranda keçiriləcək Qoşulmama Hərəkatına (Non-Aligned Movement (NAM)) üzv ölkələrin rəhbərlərinin iclasında iştirak edən qonaqlar İranın nüvə obyektlərinə baxış keçirəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Salehi bu gün İran parlamentinin Xarici siyasət və təhlükəsizlik komissiyasının fövqəldadə iclasında parlament nümayəndələrinə NAM sammiti ilə bağlı görülən işlər və iştirakçı ölkələrlə bağlı məruzə edib.

O öz məruzəsində bildirib ki, qonaqlar nüvə obyektləri ilə yanaşı, öz istəkləri ilə ölkənin əl işləri, sənayesi, ziyarət şəhərləri ilə yaxından tanış ola bilərlər.

Salehi əlavə edib ki, qonaqlara İranın hərbi sahədə son nailiyyətləri də nümayiş etdiriləcək.

Qoşulmama Hərakatına üzv ölkələrin iclası ilə əlaqədar avqustun 28-dən sentyabrın 1-dək paytaxt Tehranda bütün dövlət idarələri və təşkilatlarda qeyri-iş günü olacaq.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.

Qoşulmama Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib. Üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçirilib. Bu hərəkatın üzv olan ölkələrin 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropada yerləşir.

Xəbər lenti

Xəbər lenti