...

Yaponiyada "Celavat" tayfunu nəticəsində 65 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2012 14:26 (UTC +04:00)
Yaponiyanın cənubunda baş verən "Celavat" tayfunu nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb, 331-dən çox evin elektrik enerjisi kəsilib.
Yaponiyada "Celavat" tayfunu nəticəsində 65 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Yaponiyanın cənubunda baş verən "Celavat" tayfunu nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb, 331-dən çox evin elektrik enerjisi kəsilib. Bu barədə Trend RİA-Novosti-yə istinadən məlumat verir.

Yaponiya Milli Meteoroloji Agentliyinin məlumatına görə, Kaqosima prefektoriyasının yaxınlığında baş verən tayfun saatda 30 kilometr sürətlə şimal-şərqə doğru irəliləyir.

Tayfun nəticəsində ölənlər barədə məlumat verilmir. 4 mindən çox insan evlərindən təxliyə edilib.

331 500 ev elektrik enerjisiz qalıb ki, bu da Okinava adasındakı tikililərin ümumi sayının təqribən 60 faizini təşkil edir.

Naxa aeroportunda şənbə gününə planlaşdırılan bütün uçuşlar təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti