...

Bidzina İvanişvili Gürcüstandan deportasiya edilməyəcək

Dünya xəbərləri Materials 4 Oktyabr 2012 17:20 (UTC +04:00)
Bidzina İvanişvilinin xarici dövlətin vətəndaşı kimi Gürcüstanda qalma müddəti (360 gün) oktyabrın 5-də başa çatır.
Bidzina İvanişvili Gürcüstandan deportasiya edilməyəcək

Gürcüstan, Tbilisi, 4 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Bidzina İvanişvilinin xarici dövlətin vətəndaşı kimi Gürcüstanda qalma müddəti (360 gün) oktyabrın 5-də başa çatır. Trend-in məlumatına əsasən, vəkil Arçil Kbilaşvilinin sözlərinə görə, qalma müddətinin pozulması halında İvanişviliyə qarşı heç bir tədbir görülməyəcək.

"Bu, formal olaraq belədir: Gürcüstanda olan Aİ-nin üzv ölkəsinin vətəndaşı 360 gün ərzində ölkə ərazisini tərk etməlidir və sonra heç olmasa, bir dəfə geriyə qayıtmalıdır. İvanişvilini vətəndaşlıqdan oktyabrın 11-də məhrum ediblər, müvafiq olaraq 360 gün oktyabrın 5-də başa çatır. Lakin demək olar ki, heç bir hüquqi məsuliyyət olmayacaq, çünki onun ailəsinin üzvləri Gürcüstan vətəndaşlarıdır və burada yaşayırlar. İnsan Haqları üzrə Avropa Konvensiyası və Strasburq Məhkəməsinin presedent hüququna əsasən, belə hadisə zamanı şəxsin ölkədən qovulması yolverilməzdir. İkincisi, Gürcüstan Konstitusiyasına edilən dəyişikliyə əsasən, əgər Aİ-nin üzv ölkəsinin vətəndaşı Gürcüstanda doğulubsa və son beş il ərzində bu ölkədə yaşayırsa, o, Baş nazir ola bilər", - vəkil qeyd edib.

Onun sözlərinə görə, Avropa Konvensiyası və Konstitusiyanın hüquqi qüvvəsi "Gürcüstanda yaşayan əcnəbilər haqqında" qanundan üstündür.

İvanişvilinin sabah sərhədi keçməsi niyyətinə toxunan vəkilin sözlərinə görə, o, bu məsələ ilə bağlı "Gürcü arzusu"nun lideri ilə söhbət etməyib, lakin güman edilir ki, İvanişvili heç yana getməyə hazırlaşmır.

Xəbər lenti

Xəbər lenti