...

Yerevanın mərkəzində binanın uçması nəticəsində 10-dan artıq insan yaralanıb – FHN

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 16:40 (UTC +04:00)
Yerevanın mərkəzində Xancyan küçəsindəki tikintisi başa çatmamış binanın uçması nəticəsində 11 nəfər xəsarət alıb.
Yerevanın mərkəzində binanın uçması nəticəsində 10-dan artıq insan yaralanıb – FHN

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Yerevanın mərkəzində Xancyan küçəsindəki tikintisi başa çatmamış binanın uçması nəticəsində 11 nəfər xəsarət alıb. Bu barədə jurnalistlərə Ermənistan Xilasetmə Xidmətinin rəis müavini Nikolay Qriqoryan məlumat verib. Trend-in məlumatına görə, xəbəri ARKA yayıb.

Binanın uçması barədə siqnal FHN-nə yerli vaxtla saat 13:10-da daxil olub. Hadisə yerinə FHN Böhran İdarəetmə Mərkəzinin xüsusi çevik reaksiya dəstəsinin növbətçi qrupu gəlib.

"Xəsarət alanlardan səkkizi "Qriqor Lusavoriç" Tibb Mərkəzinə aparılıb, onlardan dördünün vəziyyəti ağırdır", - Qriqoryan bildirib.

O, uçqunun tikilməkdə olan binanın üçüncü mərtəbəsində baş verdiyini, hadisənin səbəblərinin araşdırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti