...

İran hava yastıqlı ilk gəmini suya buraxıb

Dünya xəbərləri Materials 12 Noyabr 2012 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran yerli istehsal olan hava yastıqlı ilk gəmini suya buraxıb. Bəndər-Abbas limanında gəminin suya buraxılması mərasimində ölkənin Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. Bu barədə Trend bazar ertəsi IRIB-ə istinadən məlumat verir.

Hava yastıqlı gəmi aviapilotların idarə etdiyi hibrid gəmilər sinfinə aiddir.

İranın müdafiə naziri Əhməd Vahidi qeyd edib ki, bu cür gəmilər yerdə, suda, palçıqda və buzda hərəkət etmək qabiliyyətinə malikdirlər. Bu zaman onlar kifayət qədər sürət yığırlar.

İran son illər hərbi sənayedə nəzərəçarpacaq uğurlar qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti