Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir T.Cəfərov/
İrandan on nəfərlik həkim briqadası İraq Prezidenti Cəlal Tələbanini müalicə etmək üçün Bağdada göndərilib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi məlumat verir.
Məlumata əsasən, İranın ən tanınmış həkimlərindən ibarət briqada artıq bu gecədən Bağdadın "Əl-Tibb" xəstəxanasında İraq Prezidenti Cəlal Tələbaninin müəlicəsinə başlayıblar.
İraq Prezidenti Cəlal Tələbani bazar ertəsi hospitala yerləşdirilib və bundan sonra komaya düşüb. Dünən Tələbaninin ölümü haqqında məlumatlar yayılsa da, bu xəbər sonradan təkzib olundu.
Xatırladaq ki, Cəlal Tələbani 2010-cu ilin noyabrında İraq Prezidenti seçilib.