Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbir Y. Kosolapova/
İranın Səhiyyə Nazirliyi qonşu Hindistandan dərman idxalını həyata keçirmək niyyətindədir, Belə ki, İrana qarşı maliyyə sanksiyaları ölkənin digər dövlətlərin dərmanlarına çıxışını məhdudlaşdırır. Trend-in məlumatına görə, bu barədə "Blooberg" "Pharmabiz"ə istinadən xəbər verir.
Hindistan portalının məlumatına görə, İran bu ölkədən kapsullar, məhlullar və inyeksiya preparatları daxil olmaqla təqribən 28 dərman növü idxal etməyi planlaşdırır.