Gürcüstan, Tbilisi, 5 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Gürcüstanın katalikos-patriarxı II İlyanı "Şeyxülislam ordeni" ilə təltif edib.
Trend-in məlumatına görə, Allahşükür Paşazadə II İlyaya "Şeyxülislam ordeni"ni dünən Dövlət Filarmoniyasında patriarxın 80 illiyinə həsr edilmiş konsertdə təqdim edib.
Ölkədə bütün Gürcüstanın katalikos-patriarxı II İlyanın 80 illiyi qeyd edilir. Konsertdə Gürcüstanın tanınmış artistləri Milli Simfonik Orkestri və Xor Kapellasının müşayiəti ilə müxtəlif mahnılar ifa ediblər.
Tədbirdə Gürcüstanın Baş naziri Bidzina İvanişvili, parlamentin spikeri David Usupaşvili və digər rəsmi şəxslər iştirak ediblər.