...

Gürcüstanın və Ermənistanın Baş nazirləri ikitərəfli əlaqələrin dərinləşməsinə tərəfdardırlar

Dünya xəbərləri Materials 17 Yanvar 2013 13:30 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Ermənistana rəsmi səfəri çərçivəsində ermənistanlı həmkarı Tiqran Sarkisyanla görüşüb.
Gürcüstanın və Ermənistanın Baş nazirləri ikitərəfli əlaqələrin dərinləşməsinə tərəfdardırlar

Gürcüstan, Tbilisi, 17 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili Ermənistana rəsmi səfəri çərçivəsində ermənistanlı həmkarı Tiqran Sarkisyanla görüşüb.

Trend-in məlumatına görə, Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin cümə axşamı verdiyi xəbərə görə, tərəflər ölkələr arasında siyasi və iqtisadi münasibətləri və əməkdaşlığın dərinləşməsi perspektivlərini müzakirə ediblər.

Gürcüstanın Baş nazirinin sözlərinə görə, bütün məsələlər mehriban qonşuluq siyasəti kontekstində həll olunmalıdır.

Baş nazirlərin görüşündən sonra iki ölkənin nümayəndələrinin geniş görüşü keçirilib. Görüşdə Gürcüstanla Ermənistan arasında münasibətlər və onların dərinləşdirilməsi yolları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti