...

İran parlamentinin vitse-spikeri infarkt keçirib

Dünya xəbərləri Materials 24 Yanvar 2013 11:27 (UTC +04:00)
İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər infarkt keçirib.
İran parlamentinin vitse-spikeri infarkt keçirib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Cəfərov /

İran parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər infarkt keçirib. Trend-in məlumatına görə, bu barədə İranın İLNA agentliyi xəbər verir.

Məlumata əsasən, Bahünər Tehranın Şəhid Rəcayi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, İranın bəzi elektron KİV-ləri bu xəbərin yalan olduğunu yazıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti