...

XİN rəhbəri: İranın nüvə proqramı üzrə danışıqlar Qazaxıstanda keçiriləcək

Dünya xəbərləri Materials 3 Fevral 2013 13:55 (UTC +04:00)
İran nüvə proqramı üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" qrupu (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) ilə danışıqları fevralın 25-də Qazaxıstanda keçirəcək.
XİN rəhbəri: İranın nüvə proqramı üzrə danışıqlar Qazaxıstanda keçiriləcək

Azərbaycan, Bakı, 3 fevral /Trend /

İran nüvə proqramı üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" qrupu (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) ilə danışıqları fevralın 25-də Qazaxıstanda keçirəcək.

Trend-in İLNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü Münhen Təhlükəsizlik Konfransında deyib.

Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti