...

İranın Sosial Təhlükəsizlik Təşkilatının rəhbəri azadlığa buraxılıb

Dünya xəbərləri Materials 6 Fevral 2013 10:47 (UTC +04:00)
İranın Sosial Təhlükəsizlik Təşkilatrının rəhbəri Səid Mürtəzəvi bu gün azadlığa buraxılıb. Trend-in məıumatına görə, bu barədə çərşənbə günü "Fars" agentliyi xəbər yayıb.
İranın Sosial Təhlükəsizlik Təşkilatının rəhbəri azadlığa buraxılıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərova /

İranın Sosial Təhlükəsizlik Təşkilatrının rəhbəri Səid Mürtəzəvi bu gün azadlığa buraxılıb. Trend-in məıumatına görə, bu barədə çərşənbə günü "Fars" agentliyi xəbər yayıb.

Qeyd edək ki, Mürtəzavi dünən həbs olunmuşdu. Məlumatlı mənbələrin məlumatına görə, dövlət mülkiyyətinin qanunsuz saxlanması ittihamı ilə həbs edilmişdi.

İran Prezidenti Mahmud Əhmədihejad onun həbsi ilə bağlı təəssüfünü ifadə etmişdi və bu məsələni nəzarət altında saxladığını bildirmişdi.

Mürtəzəvinin barmaqlıqlar arxasına düşməsi ilk dəfə deyil. Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi icaziz mitinqin 150-yə yaxın iştirakçısını həbs etməkdə ittiham olunaraq bu vəzifədən kənarlaşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti