...

Ermənistanda bir qrup tələbə müddətsiz tətil elan edib

Dünya xəbərləri Materials 25 Fevral 2013 11:50 (UTC +04:00)
25 fevral, bazar ertəsi, bir qrup erməni tələbəsi müddətsiz aksiya keçirmək niyyətindədir. Bu barədə Panorama.am saytı yazır.
Ermənistanda bir qrup tələbə müddətsiz tətil elan edib

Ermənistanda bir qrup tələbə müddətsiz tətil elan edib

25 fevral, bazar ertəsi, bir qrup erməni tələbəsi müddətsiz aksiya keçirmək niyyətindədir. Bu barədə Panorama.am saytı yazır.

"Biz, Erməni tələbələr, saxtalaşdırılmış seçkilərinin nəticələrinin ləvğini və yeni seçkilərin keçirilməsini tələb edirik. Bu tələbləri irəli sürməklə biz, müddətsiz tələbə tətilinə başladığımızı elan edirik. Bütün tələbələri birləşməyə və öz səslərini müdafiə etməyə çağırırıq" - deyə aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir.

Tətil 25 fevral, saat 11: 30-da Yerevan dövlət universitetinin əsas binasının qarşısında başlayır. Aksiya iştirakçıları həmçinin, "Facebook" sosial şəbəkəsində xüsusi qrupda yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti