...

Xocalı qətliamı ABŞ-ın Ohayo ştatında anılmışdır

Dünya xəbərləri Materials 1 Mart 2013 08:22 (UTC +04:00)
Azərbaycanda və həmvətənlərimizin yaşadığı dünyanın bir çox ölkələrində olduğu kimi, fevral ayının 27-də Xocalı qətliamının 21-ci ildönümü ABŞ-ın Ohayo ştatının Dayton şəhərində keçirilmiş xüsusi mərasimdə anılmışdır. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Xocalı qətliamı ABŞ-ın Ohayo ştatında anılmışdır

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycanda və həmvətənlərimizin yaşadığı dünyanın bir çox ölkələrində olduğu kimi, fevral ayının 27-də Xocalı qətliamının 21-ci ildönümü ABŞ-ın Ohayo ştatının Dayton şəhərində keçirilmiş xüsusi mərasimdə anılmışdır. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Mərasim Azərbaycan Respublikası Səfirliyi və Dayton şəhərində fəaliyyət göstərən Ahıska Türklərinin Amerika Mərkəzi tərəfindən təşkil edilmişdir. Anım gününün qeyd edilməsi üçün tədbirdə ştat və yerli hökumət nümayəndələri, eləcə də Dayton şəhərində yerləşən ictimai qurum və təhsil müəssisələrinin (şəhər administrasiyasının, universitetlərin, QHT-lərin, dini qurumların, yerli sahibkar şirkətlərinin və s.), o cümlədən Ohayo ştatında yaşayan Ahıska türklərinin diaspor nümayəndələri iştirak etmişdir.

Tədbiri açılış nitqi ilə Mərkəzinin prezidenti İslom Şahbəndərov açaraq, Xocalı soyqırımının anılmasının və bu faciə barəsində həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır.

Daha sonra, Səfirliyin əməkdaşları Natiq Baxışov və Emil Səfərov tərəfindən Xocalı soyqırımı, bu qanlı faciəni törətmiş şəxslər, Xocalı soyqırımının qurbanları barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Səfirlik tərəfindən təqdimatlar, habelə qanlı hadisələri əks etdirən video nümayiş etdirilmişdir.

Çıxışçılar 1992-ci ilin soyuq fevral günlərində Xocalıda yaşayan həmvətənlərimizin üzləşdiyi qətliam və erməni işğalçılarının zülmündən danışmış və bu faciənin Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən söz açmışdılar.

Tədbirdə iştirak edən Dayton şəhərinin rəhbərliyinin üzvləri Xocalı soyqırımı barəsində məlumatlardan çox təsirləndiklərini bildirmiş, bu qanlı hadisələr barədə yerli əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətlərini əsirgəməyəcəklərini qeyd etmişdirlər.

Mərasimin sonunda Xocalı faciəsi zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Xəbər lenti

Xəbər lenti