...

İran istehsalı olan avtomobil həvəskarlarına xoş xəbər

Dünya xəbərləri Materials 4 Mart 2013 14:05 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejat ölkənin ən böyük iki avtomobil istehsalçısına avtomobillərin son qiymətinin aşağı salınması barədə göstəriş verib.
İran istehsalı olan avtomobil həvəskarlarına xoş xəbər

Azərbaycan, Bakı, 4 Mart /Trend, müxbir E. Tarıverdiyeva/

İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük iki avtoimobil istehsalçısına avtomobillərin son qiymətinin aşağı salınması barədə göstəriş verib. Əks halda onlar üçün ehtiyyat hissələrin idxalının həcmi 10 faiz azaldılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Fars News" agentliyi məlumat yayıb.

Ölkənin ən boyük avtomobil istehsalçıları "Khodro" və " Saipo"nun idarə heyətlərinin rəhbərləri ilə görüşdə Əhmədinejad onları bazara daha çox maşın çıxarmaq hesabına qiymtləri aşağı salmağa çağırıb.

Avtomobil istehsalçıları qiymətlərin 10-22 faiz aşağı salınacağına söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti