...

Gürcüstan tərəfi Türkiyəyə məxsus “Aydar” adlı gəminin saxlanılması barədə məlumatları təkzib edib

Dünya xəbərləri Materials 23 Mart 2013 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 mart /Trend/

Gürcüstan tərəfi Türkiyəyə məxsus "Aydar" adlı yük gəmisi və onun heyətinin saxlanılması barədə məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan hüquq mühafizə orqanlarına istinadən "Qruziya Online" xəbər yayıb.

Onlar qeyd ediblər ki, "Aydar" gəmisi və onun heyətinin saxlanılmasına dair məlumatlar həqiqətə uyğun deyil. Rəsmilərin verdiyi məlumata görə, "Aydar" gəmisi hazırda Potidədir, ancaq nə gəmi, nə də onun heyəti saxlanılmayıb.

"Poti ətrafında tüğyan edən fırtına sakitləşən kimi "Aydar" gəmisi açıq dənizə çıxış imkanı əldə edəcək və öz yoluna qrafik üzrə davam edəcək",- deyə hüquq mühafizə orqanlarının əməkdaşları qeyd ediblər.

Onların sözlərinə görə, "gəmi heyətiinin üzvləri özlərini normal hiss edir və onlar Poti şəhərinə azad çıxış hüququna malikdirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti