...

Ermənistan və İran ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd ediblər

Dünya xəbərləri Materials 9 Aprel 2013 11:21 (UTC +04:00)
Ermənistan və İranın xarici işlər nazirləri Edvard Nalbandyan və Əli Əkbər Salehi arasında görüş keçirilib. Bu barədə Trend çərşənbə axşamı "Panarmenian.net"ə istinadən məlumat verir.
Ermənistan və İran ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd ediblər

Azərbaycan, Bakı, 9 aprel / Trend /

Ermənistan və İranın xarici işlər nazirləri Edvard Nalbandyan və Əli Əkbər Salehi arasında görüş keçirilib. Bu barədə Trend çərşənbə axşamı "Panarmenian.net"ə istinadən məlumat verir.

Nazirlər etimad və dostluğa əsaslanan Ermənistan və İran münasibətlərinin yüksək səviyyəsini qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran, xüsusilə siyasət sahəsində münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı, enerji, nəqliyyat və humanitar aspektli məsələlər müzakirə edilib. XİN rəhbərləri, həmçinin Ermənistan-İran hökumətlərarası komissiyasının fəaliyyəti məsələsini müzakirə ediblər.

Əli Əkbər Salehi erməni həmkarını İranın nüvə proqramı ətrafındakı son proseslələ bağlı da məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti