...

Gürcüstan Prezidenti erməni siyasətçilərinin Abxaziya ilə bağlı mövqeyindən narazıdır

Dünya xəbərləri Materials 17 Aprel 2013 02:35 (UTC +04:00)
Gürcüstan Prezidenti Abxaziyadan müstəqil respublika kimi Abxaziyadan danışan Ermənistanın rəsmilərinin son bəyanatlarından narazıdır. "Bu, əlbəttə, Prezident Serj Sarkisyandan gəlmir, amma rəsmi şəxslərin bir hissəsi Abxaziyanı müstəqil dövlət kimi təqdim edirlər. Biz bunu qəbul edə bilmərik", Mixail Saakaşvili "Rustavi-2" telekanalının efirində bildirib.
Gürcüstan Prezidenti erməni siyasətçilərinin Abxaziya ilə bağlı mövqeyindən narazıdır

Gürcüstan, Tiflis, 17 aprel /Trend, N. Kirtsxalia/

Gürcüstan Prezidenti Abxaziyadan müstəqil respublika kimi Abxaziyadan danışan Ermənistanın rəsmilərinin son bəyanatlarından narazıdır. "Bu, əlbəttə, Prezident Serj Sarkisyandan gəlmir, amma rəsmi şəxslərin bir hissəsi Abxaziyanı müstəqil dövlət kimi təqdim edirlər. Biz bunu qəbul edə bilmərik", Mixail Saakaşvili "Rustavi-2" telekanalının efirində bildirib.

O xatırladıb ki, Ermənistan Prezidentinin inauqurasiyasına gürcü-abxaz münaqişəsi zamanı Gürcüstanın hökumət qoşunlarına qarşı Abxaziyada 1992-93-cü illərdə vuruşmuş Baqramyanın batalyonunun üzvləri dəvət edilmişdilər.

Prezident təəssüflə qeyd edib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi belə hücumlara reaksiya vermir. "Mənim Ermənistanın lideri ilə çox gözəl münasibətlərim var, amma suallar yaranır və mövqe bildirmək lazımdır", - Saakaşvili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti