Azərbaycan, Bakı, 2 may /Trend/
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani növbəti prezident seçkilərində iştirak etməyəcək. Bu barədə İranın Press TV telekanalı Rəfsəncaninin yaxın köməkçisi Həsən Rohaniyə istinadən məlumat verir.
Bundan öncə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, prezident seçkilərində öz namizədliyinin irəli sürülməsini istisna etmir.
Həmçinin Rəfsəncani bazar günü Tehranda mətbuat konfransında bildirib ki, o, seçildiyi təqdirdə çoxpartiyalı kabinet yaradacaq.
Sabiq prezident, eyni zamanda Məqsədəuyğunluq Şurasının sədri bildirib ki, həmçinin İranın daxili və xarici siyasətində islahatların aparılması üzrə tədbirlər görəcək.
Rəfsəncani 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olub. 2005-ci ildə isə o, üçüncü müddətə namizədliyini verib, lakin seçkilər zamanı öz rəqibi Mahmud Əhmədinejada uduzub.
İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyun ayının 14-də keçəcək.
Prezidentliyə namizədlər mayın 7-dən 11-dək qeydiyyatdan keçəcəklər.