...

İran Kiprdəki səfirini geri çağırıb

Dünya xəbərləri Materials 10 May 2013 03:31 (UTC +04:00)
Kipr hakimiyyəti İran vətəndaşını ABŞ-a ekstradisiya etdikdən sonra, İran Kiprdəki səfirini konsultasiya aparmaq üçün geri çağırıb.
İran Kiprdəki səfirini geri çağırıb

Azərbaycan, Bakı, 10 may /Trend/

Kipr hakimiyyəti İran vətəndaşını ABŞ-a ekstradisiya etdikdən sonra, İran Kiprdəki səfirini konsultasiya aparmaq üçün geri çağırıb, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Kipr xarici işlər nazirinin agentliyə bildirdiyinə görə, təxminən iki həftə əvvəl silah əldə edilməsi cəhdində şübhəli bilinən, adı çəkilməyən İran vətəndaşı, həbs edildikdən sonra ABŞ-a ekstradisiya olunub. Ehtimala görə, o, İrana silah təchiz etmək niyyətində olub, bununla da həmin ölkəyə qarşı silahın ixracı və idxalı barədə BMT tərəfindən tətbiq edilən embarqonu pozub.

ABŞ, bir sıra Qərb ölkələri və İsrail İrandan sülh atomu proqramı adı altında nüvə silahının hazırlamasında şübhələnir.

Hal-hazırda İrana qarşı BMT-nin dörd sanksiyalı qətnaməsi və birtərəfli qaydada qəbul edilmiş bir sıra ölkələrin və təşkilatların İrandan nüvə proqramının tam şəffaflığını təmin etməyi və yalnız sülh istiqamətini sübut etməyi tələb edən qətnamələr qüvvədədir.

Xəbər lenti

Xəbər lenti