Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
Bu günə qədər İranda altı siyasətçi ölkə prezidentliyi postu uğrunda yarışdan öz namizədliyini geri götürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İRİB" agentliyi İran Seçki Komissiyasının üzvü Sülət Mürtəzəviyə istinadəın bildirib.
Agentlik Mürtəzəvinin çıxışına istinadən bildirir ki, öz namizədliklərini geri götürənlər sırasında - İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi, Kənd təsərrüfatı naziri Sadek Xalilian və prezidentin mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfəkdə var.
Mürtəzəvi bildirib: "Əgər öz namizədliyini geri götürmək istəyən insanlar varsa, onda onlar Daxili İşlər Nazirliyinə xüsusi bildiriş göndərməlidirlər".
Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlanılıb və may ayının 11-də bitib. Ümumilikdə, 350 nəfərdən artıq insan prezident seçkilərində iştirak məqsədilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimlərdir.