...

İranın Keşikçilər Şurası prezidentliyə namizədlərin ərizələrinə baxılması müddətini artırıb

Dünya xəbərləri Materials 16 May 2013 14:06 (UTC +04:00)
Keşikçilər Şurası İranda prezident seçkilərində iştirak edən namizədlərin ərizələrinə baxılması müddətini artırıb.
İranın Keşikçilər Şurası prezidentliyə namizədlərin ərizələrinə baxılması müddətini artırıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

Keşikçilər Şurası İranda prezident seçkilərində iştirak edən namizədlərin ərizələrinə baxılması müddətini artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İSNA" agentliyi xəbər yayıb.

Keşikçilər Şurasının nümayəndəsi Abbas Əli Kədxudayi şuranın Daxili İşlər Nazirliyinə müvafiq məktub göndərdiyini vurğulayıb: "Namizədlərin ərizələrinə baxılması üçün daha beş gün lazımdır və qanunauyğun olaraq bizə belə razılıq verilib".

O bildirib ki, Keşikçilər Şurası prezidentliyə bəyənilən namizədlərin yekun siyahısını mayın 21-də təqdim edəcək.

Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlanılıb və may ayının 11-də bitib. Ümumilikdə, 680 nəfərdən artıq insan prezident seçkilərində iştirak məqsədilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti