Azərbaycan, Bakı, 17 may /Trend/
Əfqanıstanın paytaxtı Kabil şəhərində avtomobil partlayışı nəticəsində ən azı 15 nəfər, həlak olub. Bu barədə Trend RBK agentliyinə istinadən məlumat verir.
Daha 15 nəfər isə yaralanıb. Həlak olmuşlar arasında 6 ABŞ vətəndaşı olub. Onlardan iki nəfəri - hərbi qulluqçular, dörd nəfər - ABŞ hərbçilərinin hazırlığı ilə məşğul olan podratçılar idi. Qalan həlak olmuşlar - təsadüfi vətəndaşlar, o cümlədən iki uşaq olub.
Mayın 16-da törədilmiş terror aktı üçün məsuliyyəti "Talibanla" əlaqəli olan "Xizb-i-İslami" islam qruplaşması öz üzərinə götürüb. Onun bəyanatına əsasən, hücum ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda daimi bazaları və qoşunları saxlamaq planları haqqında xəbərə cavab olaraq ölümə məhkumların yeni təşkil edilmiş bölmə tərəfindən həyata keçirilib.
Əvvəllər güman edilirdi ki, beynəlxalq koalisiyanın qoşunları 2014-cü ilə tamamilə çıxarılacaq.