...

Ermənistan hökuməti AES-in yeni enerji blokunun tikintisi ideyasından imtina edib

Dünya xəbərləri Materials 20 May 2013 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Ermənistan hökuməti tərəfindən parlamentə göndərilən proqramdan atom enerji blokunun tikintisi ilə bağlı bənd çıxarılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Armenianreport" xəbər yayıb.

Onun əvəzinə AES-də fəaliyyət göstərən ikinci enerji blokunun istismar müddətinin uzadılması və onun təhlükəsizliyinin artırılması zəruriliyi qeyd edilib.

Xatırladaq ki, daha əvvəl təsdiqlənən proqrama görə, atom stansiyası 2017-ci və ya 2018-ci ildə dayandırılmalı idi. Lakin bu vaxta qədər artıq yeni enerji blokunun tikilməsi nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti