Azərbaycan, Bakı, 23 may /Trend/
"Qazın bahalaşmasnın qarşını alacağıq" vətəndaş təşəbbüsü Ermənistan vətəndaşlarına, "Armrosqazprom" QSC-nin səhmdarlarına sosial hüquqların müdafiəsi üzrə mübarizəyə qoşulmağa və ölkə Parlamentinin binası qarşısında etiraz aksiyasında iştirak etməyə çağırıb. Bu barədə Trend cümə axşamı "Armenia Today"ə istinadən məlumat verir.
Məlumatda deyilir: "Qazın tarifləri məsələsi üzrə müzakirələr hökumət üzvlərinin iştirakı ilə qapalı rejimdə keçiriləcək. Lakin biz bunun ictimaiyyətin müvafiq nümayəndələrinin iştirakı olmadan baş tutmasına yol verməyəcəyik. Əgər dövlət nümayəndələri bu addıma əl atarsa, qəbul edilən qərarı saxta və qanunsuz hesab edərək etiraz aksiyasını davam etdirəcəyik".