...

Qazın qiymətinin artacağı təqdirdə Ermənistan əhalisinin 58 faizi ölkəni tərk etməyə hazırdır

Dünya xəbərləri Materials 27 May 2013 10:26 (UTC +04:00)
Ermənistanda qazın qiymətinin artırılması ilə bağlı keçirilən sosial sorğu nəticəsində məlum olub ki, respondentlər qiymət artımına qarşı alternativ yollarla mübarizədən daha çox Ermənistanı tərk etməyə meyllidirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Armenianreport" xəbər yayıb.
Qazın qiymətinin artacağı təqdirdə Ermənistan əhalisinin 58 faizi ölkəni tərk etməyə hazırdır

Azərbaycan, Bakı, 27 may /Trend/

Ermənistanda qazın qiymətinin artırılması ilə bağlı keçirilən sosial sorğu nəticəsində məlum olub ki, respondentlər qiymət artımına qarşı alternativ yollarla mübarizədən daha çox Ermənistanı tərk etməyə meyllidirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Armenianreport" xəbər yayıb.

Beləliklə, "əgər qazın dəyəri və bundan doğan nəticələr bahalaşarsa, siz nə deyərdiniz?" sualına sorğuda iştirak edən 315 nəfərdən 200-ü (58 faizi) "Ermənistandan gedəcəklər" cavabını veriblər.

Sorğuda iştirak edən 56 respondent (16,4 faiz) "qazdan daha az istifadə edəcəklərini", 41 respondent (12 faiz) "alternativ vasitələrdən istifadə edəcəklərini", 45 respondent isə (13,2 faiz) "etiraz edəcəklərini" bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti