...

Nalbandyan ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 3 İyun 2013 12:29 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 3-4-də ABŞ-a səfər edəcək.
Nalbandyan ABŞ-a səfər edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 3-4-də ABŞ-a səfər edəcək. Trend-in bazar ertəsəi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) xəbər verib.

Səfər çəçivəsində Nalbandyanı ABŞ-ın dövlət katibi Con Kerri qəbul edəcək. O, Konqresdə də görüşlər keçirəcək.

Xarici işlər naziri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edəcək, habelə Amerikanın erməni təşkilatlarının nümayəndələrilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti