...

İranın növbəti prezidenti Ali liderə qarşı çıxmamalıdır

Dünya xəbərləri Materials 9 İyun 2013 17:55 (UTC +04:00)
Prezidentliyə namizəd Qulam Əli Həddad Adil bazar günü bildirib ki, İranın növbəti prezidenti ölkənin Ali liderinə qarşı çıxmamalıdır.
İranın növbəti prezidenti Ali liderə qarşı çıxmamalıdır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir F.Eminli/

Prezidentliyə namizəd Qulam Əli Həddad Adil bazar günü bildirib ki, İranın növbəti prezidenti ölkənin Ali liderinə qarşı çıxmamalıdır. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

"Liderə qarşı çıxma Konstitusiyanın pozulması deməkdir. Qanuna əsasən, Ali lider ölkənin siyasətini bəyan edir və hökumət onu həyata keçirməlidir",- Həddad Adil deyib.

Həddad Adil yenidən qeyd edib ki, prezident seçkilərində digər namizədlərin xeyrinə iştirakdan imtina etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti