Azərbaycan, Bakı, 12 iyun /Trend/
İstanbulun Taksim meydanı nümayişləri təşkil edən marginal qruplardan təmizlənəcək. Trend-in Sabah qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu çərşənbə axşamı deyib.
Bundan öncə İstanbul valisi bildirib ki,Taksim meydanında etiraz edənlər və polis arasında toqquşmalar nəticəsində 2 nəfər yaralanıb.
Mutlunun sözlərinə görə, etiraz edənlər tərəfindən fişənglərin və tüstü bombalarının istifadəsi nəticəsində bir polis və bir vətəndaş yaralanıb.
Hal-hazırda etiraz aksiyası davam edir.
Artıq on gündən çoxdur ki, Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları davam edir.