...

Türkiyə ehtiyacı olan ölkələrə maliyyə yardımını ikiqat artırıb

Dünya xəbərləri Materials 18 İyun 2013 12:28 (UTC +04:00)
Türkiyə ötən il ehtiyacı olan ölkələrə maliyyə yardımını 2011-ci illə müqayisədə 98 faiz artırıb.
Türkiyə ehtiyacı olan ölkələrə maliyyə yardımını ikiqat artırıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyə ötən il ehtiyacı olan ölkələrə maliyyə yardımını 2011-ci illə müqayisədə 98 faiz artırıb. Trend-in çərşənbə axşamı "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Məlumata görə, Türkiyə 2012-ci ildə ehtiyacı olan ölkələrə 2,5 milyard dollar ayırıb. Bozdağın sözlərinə görə, Türkiyədən yardım alan ölkələr arasında Afrika dövlətləri ilk sıraları tuturlar. Bu ölkələrə 772 milyon dollar məbləğində maliyyə yardımı ayrılıb: "Bu rəqəmlər yalnız Türkiyənin ehtiyacı olan ölkələrə özəl sektor nəzərə alınmadan maliyyə yardımının həcmini əks etdirir".

O qeyd edib ki, gələcəkdə Türkiyə dini və ya etnik mənsubiyyəti nəzərə almadan ehtiyacı olan ölkələrə maliyyə yardımını artırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti