Azərbaycan, Bakı, 11 iyul /Trend/
Suriyada kimyəvi silahlar üzrə BMT komissiyasının rəhbəri Oke Sellstrom (Oke Sellstrom)
bu ölkənin hakimiyyətin və müxalifətin qarşılıqlı ittihamlarının araşdırılmasının imkanının və zəhərləyici maddələrin tətbiqini Suriya hökuməti ilə müzakirə aparmaq üçün Dəməşqə yola düşməyə razılaşıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Bundan əvvəl həmin gün BMT-nin Baş katibi Pan Gi Mun Nyu-Yorkda Sellstromu qəbul edib.
"Tərk-silah məsələləri üzrə yüksək nümayəndə Ancela Keyn və professor Sellstrom məsləhətləşmələrinin tamamlanması üçün Dəməşqə baş çəkmək üçün Suriya Ərəb respublikası hökumətinin dəvətini qəbul etməyə razılaşıblar ", - məlumatda deyilib.
Bu günlərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Keyni və Sellstromu Dəməşqə rəsmən dəvət edib.